|
Azərbaycan xalq dastanları böyük həcmdə disklərdə buraxılıb

03.01.2015

Dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu sənəti gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu tərəfindən silsilə musiqi albomları buraxılır. "Report" xəbər verir ki, bu yaxınlarda institutun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə işıq üzü görüb.
İlk albomda Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.
Tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Elçin Abbasov, Miraslan Bəkirlivə Elşad Məmmədovdur.
Mənbə: https://atvxeber.az
Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin
Yazılmış sərhlər
Qonaq__6629183
- 06.01.2015
Bu diskləri necə almaq olar?
|