Sizin hazırki nikiniz (ləğəbiniz)

Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!

Avtomobillərin sayının çoxalması dünyanın ən böyük bəlalarından biri olan karbon qazının çoxalmasının səbəblərindən biridir. Bəzi ölkələr bunun qarşısını özünəməxsus bir üsulla almağa çalışır. Beləliklə...

Inhabitat-ın verdiyi xəbərə görə, Hamburqun hökumət nümayəndələri Almaniyanı Skandinaviya ilə birləşdirən A7 avtomagistralının bir hissəsini talvarla örtmək fikrindədir. Beləliklə, onlar buradan keçən minlərlə yük maşınlarının yaratdığı səsin səviyyəsini azaltmağa ümid edirlər.

Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!

Plana uyğun olaraq, avtomagistralın üzərindən 34 m eni və 2-3 m qalınlığı olan talvar inşa ediləcək. Talvarın üzərində yaşıllıqlar əkiləcək. Talvar ümumi 3,5 km uzunluqda olaraq 3 seksiyadan ibarət olacaq.
Bu cür layihə Almaniyada ilk deyil. Buna oxşar talvarlar artıq MünhendəDüsseldorfda mövcuddur, ancaq A7 üzərində olacaq isə ən böyüyü olmalıdır.

Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!

Layihənin dəyəri 600-700 milyon avroya yaxındır. Maliyyələşdirmənin əsas hissəsini federal hökumət öz üzərinə götürür. Layihə 2012-ci ildə başlanacaq.

Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!

Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!

Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!

Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!

Avtomagistrallar yaşıl talvarlarla təmin ediləcək?!


Tərcümə etdi: Admin

Mənbə: http://zhelezyaka.com

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__86738 - 29.01.2012
Inana bilmirem
cupe - 25.12.2011
çox gözəl
Emin124 - 25.12.2011
Inanmaq olmur
sacik - 11.12.2011
qeribedir

Öz şərhinizi yazın