
Atlantik okeanında göyərtəsində 200 t gümüş olan gəmi tapılmışdır



BBC-nin verdiyi məlumata görə, Amerikanın Odyssey Marine şirkətinin əməkdaşları Atlantik okeanından 200 t gümüş yükü olan SS Gairsoppa adlı batmış gəmi aşkar ediblər. Gəminin yükünün ümumi qiyməti 170 milyon avro dəyərindədir. SS Gairsoppa 1941 ci ildə alman sualtı gəmisi tərəfindən vurularaq batırılmışdır. 85 nəfər heyəti olan gəmi heyətindən yalnız bir nəfər xilas ola bilib. Britaniya Nəqliyyat Departamenti ilə Odyssey Marine-nin arasında bağlanmış müqaviləyə əsasən, tapıntının qiymətinin 80%-i şirkətə məxsusdur.

Gəmi Hindistandan Britaniyaya üzürmüş. Fırtına zamanı İrlandiyanın Qoluey körfəzinə can atan heyət alman sualtı gəmisi tərəfindən aşkar edilərik məhv edilmişdir.
125 m uzunluqda olan gəminin qalıqları bu yay İrlandiya sahillərindən 480 km aralıqda 4.7 min metr dərinlikdə tapılıb. Gəminin suyun səthinə qaldırılması 2012-ci ildə başlanacaq.
Tərcümə etdi: Admin
Mənbə: https://zhelezyaka.com
Yazılmış sərhlər
Qonaq__1059850
- 25.01.2014
uydaaaaaaaa
|
Doktor_Ali
- 10.12.2013
dənizdə üzəndə necə görməmişəm
|
ENISHTEYN
- 30.08.2013
MARAGLIDI
|
SOFIA
- 11.04.2012
much interesting
|
Tomris
- 29.12.2011
təşəkkürlər...maraqlı xəbərə görə
|
ziyo
- 16.11.2011
maraqlidi.thanks))
|
quzum
- 04.11.2011
maraqlidi
|
elaci_qiz
- 27.10.2011
maraqli melumatdir
|