Artıq Google-da aviabiletləri sifariş edə bilərsiniz

Artıq Google-da aviabiletləri sifariş edə bilərsiniz - 1

İnternetin həyatımızı necə asanlaşdırdığı haqqında danışmağa dəyməz. Ona görə ki, bizlər hətta su pulunu belə internet üzərindən ödəyirik.
Dünyanın nəhəng şirkətlərindən olan "Google" istifadəçilərinə yeni bir xidmət təklif edib. RİA novosti-nin (РИА Новости) verdiyi xəbərə görə, Google öz internet-axtarış sisteminə ABŞ-da daxili reyslərə xidmət edən müxtəlif şirkətlərin aviabiletlərinin axtarışını əlavə edib.

Artıq Google-da aviabiletləri sifariş edə bilərsiniz - 2

Google aviareyslər üzrə axtarışı əvvəllər də təşkil etməyə çalışıb. Lakin bu ilin may ayında fəaliyyətə başlayan yeni servis axtarışı daha da mükəmməl və asan edib. Məsələn, əgər axtarışda yazsaq ki, "Moskvadan Parisə biletlər", sorğuya nəticə olaraq Google nəinki bütün mümkün aviareyslər, hətta bu şəhərlərə uçan və oradan gələn bütün reyslər haqqında da məlumat verir.

Artıq Google-da aviabiletləri sifariş edə bilərsiniz - 3

Flight Search adlanan yeni xidmət - Google-nin ITA Software tərəfindən yaradılmış proqram təminatının üzərində qurulmuş ilk məhsuludur.

Google-nin yeni aviareyslər axtarış sistemi əvvəlkindən onunla fərqlənir ki, yeni məhsulda axtarış edən istifadəçi üçün çox rahat parametrlər seçmək imkanı var. Onların köməyi ilə istifadəçi dəqiq sorğu verə bilir. Bundan başqa sorğu edən istifadəçi bir neçə variantı müqayisə edə biləcək.
Bu sistemin üstün cəhətlərindən biri də odur ki, buraya Google Maps də daxildir, yəni istifadəçilər çox asanlıqla yaxınlıqda olan hava limanlarını da tapa biləcəklər. Əgər istifadəçi lazımı aviareysi taparaq "Bron et" düyməsini tıklayarsa sifarişçi seçdiyi şirkətin səhifəsinə yönəldiləcək.
Hal-hazırda axtarış yalnız ABŞ daxilində olan bir sıra aviareyslərdə reallaşa bilər.
Bizim aviaşirkətlərin bu sistemə nə vaxt daxil olacaqları məlum deyil.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Doktor_Ali

belədə yaxşı amma mən istifadə etmirəm

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed