Adamlar da uçmağa başladı

Adamlar da uçmağa başladı - 1
Çinin paytaxtı Pekində küçədə hərəkət edən sakinlər maraqlı mənzərənin şahidi olub. Bir sərnişinin avtobusun içində əyləşmək əvəzinə, kənarda sanki havada uçaraq hərəkət etməsi hər kəsi heyrətləndirib.
ATVxəbər.az bildirir ki, gözlərinə inanmayan çinlilər nə baş verdiyini anlamaq üçün avtobusa yaxınlaşıb. Bir əlini avtobusun pəncərəsinə söykəyən, özü isə havada asılı qalan sakinin buna necə nail olduğunu anlamaq isə mümkün olmayıb. Hətta bəziləri avtobusa daha da yaxınlaşaraq bu şəxsin “gözəgörünməyən” nəyinsə üstündə dayanıb-dayanmadığını öyrənməyə çalışıb. Amma bütün cəhdlər uğursuz alınıb. Şoka düşən piyadalar bu qəribə olayı telefonla lentə alaraq ölkə miqyasında maraqlı bir müzakirəyə start verib.
Onu da qeyd edək ki, oxşar vəziyyət təxminən 1 il əvvəl Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınmışdı. Bir gəncin eyni vəziyyətdə havada uçması uzun müddət tamaşaçıların xatirindən silinməmişdi.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__6016281

teze metoddur yeqin

Qonaq__7098245

ELA

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed