Windows Server Administratoru olmaq istəyirsiniz?

Windows Server Administratoru olmaq istəyirsiniz? - 1

Windows Server Administratoru kimdir?

Windows Server Administratoru, şirkətlərin Windows Server platforması üzərində qurulmuş serverlərinin infrastrukturunu idarə edən mütəxəssisdir. Windows Server Administratoru əli-ayağı təmiz, işə kostyumla gəlməyə və qalstuk taxmağa məcbur olmayan və ayda 1500-2000 AZN məvacib alan şanslı bir adamdır.

Bu mütəxəssis mühəndis layihələrinin texniki dəstəyini təmin edir; serverlərin inşası və konfiqurasiyası işlərindən məsuliyyət daşıyır. Ümumiyyətlə isə Windows Server Administratorunun gördüyü işlərin 60%-i əməliyyat, 20%-i mühəndislik və 20%-i də texniki dəstəkdən ibarətdir.

Bəs Windows Server Administratoru olmaq üçün nə etmək lazımdır?

Təəssüflər olsun ki, bu ixtisasa yiyələnmək üçün ali məktəblərin verdiyi nəzəri biliklər kifayət etmir. Və təəssüflər olsun ki, praktiki bilikləri video-dərsləri izləməklə əldə etmək də olmur. Və həmçinin imtahan suallarını əzbərləyərək beynəlxalq sertifikatları almaqla da Windows Server Administratoru olmaq mümkün deyil.

Əgər Siz Windows Server Administratoru olmaq istəyirsinizsə, MilliByte MMC-nin təlim mərkəzi Sizə bu şansı verir. Peşəkar və təcrübəli sistem administratorları Sizə bu sahənin sirrlərini öyrədəcəklər. Hər şey çox sadədir, çünki biz sadədən mürəkkəbə doğru öyrədirik. Praktiki dərslərdə iştirak etməklə nəticəni öz gözlərinizlə görəcəksiniz.

Bu gün yaxşı bir Windows Server Administratorunun iş tapa bilməməsi mümkün deyil. Windows Server Administratorları, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərində sistem inzibatçısı vəzifəsində çalışırlar.

Əgər Windows Server Administratorları bu qədər çox tələb olunan şəxslərdirsə, o zaman bu sahənin adamı olmağına dəyər. Hər şeyin bir başlanğıcı var. İT sahəsində uğurlu karyera qurmağın da başlanğıcı sağlam bir təməl atmaqdır. Gələcəyinizi indidən düşünün və təməlinizi sağlam atın.

Qərar vermək üçün gecikməyin və pulsuz konsultasiyalar üçün bizə müraciət edin.

https://millibyte.az/Registration

P.S: Təlimlər pulludur, konsultasiyalar isə pulsuzdur. Təbələrə 20% endirim ediləcək. Təlimin 1 aylıq qiyməti 200 AZN təşkil edir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed