Turbo Pascal dilini bilmək vacibdirmi? (MilliByte)

Turbo Pascal dilini bilmək vacibdirmi? (MilliByte) - 1

Əgər Siz proqramlaşdırmağa yeni başlayırsınızsa və Sizin kifayət qədər "proqramlaşdırma məntiqi"niz yoxdursa o zaman Turbo Pascal-dan başlamağınız məsləhətdir. Belə ki, Pascal dilini proqramlaşdırmanın əlifbası saymaq olar.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Qarşısına proqramçı olmağı məqsəd qoyan hər bir şəxsin fundamental riyazi bilikləri olmalıdır. Turbo Pascal proqramlaşdırma dilini öyrənmək üçün eyni zamanda alqoritm anlayışına da sahib olmalısınız.

Turbo Pascal təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq Turbo Pascal təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:
- Turbo Pascal mühiti
- Dilin elementləri
- Verilənlər tipləri
- Adi və tipli sabitlər
- Fayllar
- Altproqramlar: prosedur və funksiyalar
- Modullar
- CRT, GRAPH və DOS kitabxanaları
- Xəta mesajları

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində öz ixtisasları üzrə çalışan (!) təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər dərs deyir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Turbo Pascal təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

Siz, Turbo Pascal təlimini bitirdikdən sonra alqoritmləşdirmə və proqramlaşdırma məntiqini öyrənmiş olacaqsınız. Bu isə proqram yazma texnologiyasının əsaslarını, etibarlı və effektiv proqramlar hazırlamağın qayda və metodlarını öyrənib tətbiq etməyinizə imkan verəcək. Nəticədə proqramçı olmaq yolunda ilk və ciddi addımınızı atmış olacaqsınız.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed