Python proqramlaşdırmanı öyrənmək uşaqlarınızın da haqqıdır

Python proqramlaşdırmanı öyrənmək uşaqlarınızın da haqqıdır 

Proqramlaşdırmanı öyrənmək uşaqlarınızın da haqqıdır!

Siz evə kompüter alanda düşünürdünüz ki, bunun uşağa xeyri olacaq?

Amma onun kompüter qarşısında bütün günü oyun oynadığını görəndə peşman olursunuz?

Halbuki məqsədyönlü istifadə edildikdə kompüter uşağın inkişafında əvəzsiz rol oynaya bilər.

Artıq "Python ilə proqramlaşdırma" kitabını əldə etməklə vəziyyəti dəyişə bilərsiniz!

Proqramlaşdırmanı öyrənməklə övladınız çox şeylər qazanacaq:

- Alqoritm anlayışı formalaşacaq;
- Proqramlaşdırma məntiqi inkişaf edəcək;
- Analitik düşüncə qabiliyyətinə sahib olacaq;
- Zehni inkişafı sürətlənəcək;
- Planlı, proqramlı və punktual olmağı bacaracaq;
- Həyatda praktik olmağı öyrənəcək;
- Yeni bilikləri əldə etməsi sürətlənəcək;
- Məktəb dərslərini daha yaxşı oxuyacaq;
- Doğru və zamanında qərarlar qəbul etməyi öyrənəcək;
- Kompüterin sadəcə oyun oynamaq üçün olmadığını anlayacaq;
- Gələcəyin kompüter mühəndisi olmaq yolunda ilk addımlarını atacaq.

Bu gün dünyanın inkişaf etmiş ölkələrinin təhsil müəssisələrində məktəbli uşaqların erkən yaşda proqramlaşdırmanı öyrənmələri üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Və bu zaman proqramlaşdırma dili kimi daha rahat və asan olması səbəbindən Python dili seçilir.

Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır.

Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar.

Uşaqlarınızın gələcəyini indidən düşünün və onlara həyatlarını dəyişəcək "Python ilə proqramlaşdırma" kitabını alıb verin. Unutmayın Siz istəsəniz də uşaqları kompüterdən uzaq tuta bilməyəcəksiniz, amma prosesi idarə etmək Sizin əlinizdədir.

Qoy övladlarınız kompüterdən xeyirli məqsədlər üçün istifadə etsinlər.

Mütəxəssislər bu kitabı məsləhət görür:

- Bu kitab beyninizi proqramlaşdırmanı öyrənməyə proqramlayacaq…
(Ramin Orucov. Azercell - bölüm müdiri)

- Bu kitab Sizə Python proqramlaşdırma dilini həqiqətən də 12 addımda öyrədəcək…
(Tural Nağı, FHN - sektor müdiri, proqramçı)

- Bu kitab proqramçı olmaq istəyənlərin görən gözü və düşünən beyni olacaq…
(Samir Səlimxanov, SİNAM - proqramçı)

- Bu kitab informatika fənninə olan münasibəti dəyişəcək…
(Naidə İsayeva, 283 saylı orta məktəb - informatika müəllimi)

- Bu kitabdan sonra Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadalarındakı nəticələri xeyli yaxşılaşacaq…
(Etibar Seyidzadə, Qafqaz Universiteti - müəllim)

Kitab eksklüzivdir, kitab mağazalarında satılmır. Kitabı əldə etmək istəyənlər 050 2189140 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Çatdırılma daxil kitabın qiyməti 22 manatdır. Kitab Azərbaycanın istənilən bölgəsinə çatdırıla bilər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed