MilliByte-ın təhsil mərkəzində C# dərslərinə qatıl

MilliByte-ın təhsil mərkəzində C# dərslərinə qatıl - 1

C# Developer kimdir?

C# Developer, C#-da proqram təminatı hazırlaya bilən proqram mühəndisidir. Bir mühəndis kimi C# Developerin işi: araşdırma, proqramın dizayn və kod hissəsini işləmə, və proqram məhsulunu reallaşdırma və test etməkdən ibarətdir. Bununla yanaşı C# üzrə mütəxəssis proqram təminatı layihələrini də idarə edə bilər.

C# Developerlər harda işləyə bilər?

C# Developerlər, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərinin proqramlaşdırma şöbələrində proqramçı və ya layihə meneceri vəzifələrində çalışa bilər.

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində C# dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. C# təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

Siz, C# təlimini bitirdikdən sonra obyektyönümlü proqramlaşdırmanın əsaslarını öyrənmiş olacaq və C# mühitində sərbəst şəkildə proqramlar yazmağı bacaracaqsınız. Bundan başqa C# ilə verilənlər bazası proqramları hazırlamaq üçün əsas anlayışlarla da tanış olacaqsınız.

Təlimin müddəti 4 aydır. Aylıq ödəniş 150 AZN-dir. Təlimin sonunda rəsmi dinləyici sertifikatı təqdim olunur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed