Microsoft Excel nə üçündür? (MilliByte)

Microsoft Excel nə üçündür? (MilliByte) - 1

Microsoft Excel - ən geniş yayılmış elektron cədvəl proqramıdır. Bu proqram müxtəlif növ hesablamaların (o cümlədən riyazi, iqtisadi, statistik və s.) aparılması, verilənlərin analizi və hesabatların hazırlanması üçün istifadə olunur.

Microsoft Exceli kimlər bilməlidir?

MS Excel proqramını istənilən ofis əməkdaşı (rəhbər şəxs, menecer, katibə, mühasib və s.), müxtəlif peşə sahibləri (mühəndis, həkim, müəllim və s.) və tələbələr bilməlidir.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Microsoft Excel təliminə başlamadan öncə başlanğıc biliklər kimi Windows ƏS-ni və Microsoft Word proqramını bilməyiniz tələb olunur.

Microsoft Excel təlimində nələr öyrənəcəksiniz?

Siz, 1 aylıq Microsoft Excel təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- MS Excel interfeysi
- Verilənlərlə iş: daxiletmə, redaktə və formatlama
- Cədvəllər ilə iş: xana və cədvəllərin formatlanması
- Diaqramlar ilə iş
- Excel-də hesablamalar
- Funksiyalar
- Əlavə imkanlar
- Cədvəllərin çapı

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində Microsoft Excel dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

Siz, Microsoft Excel təlimini bitirdikdən sonra sərbəst şəkildə elektron cədvəllər ilə işləməyi bacaracaqsınız. Bununla da verilənlərin emalı, riyazi və iqtisadi hesablamaları elektron formada həyata keçirməyi öyrənmiş olacaqsınız.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed