Linux Server Administratoru kimdir? (MilliByte)

Linux Server Administratoru kimdir? (MilliByte) - 1

Linux Server Administratoru, şirkətlərin Linux Server platforması üzərində qurulmuş serverlərinin infrastrukturunu idarə edən mütəxəssisdir. Bu mütəxəssis mühəndis layihələrinin texniki dəstəyini təmin edir; serverlərin inşası və konfiqurasiyası işlərindən məsuliyyət daşıyır.

Ümumiyyətlə isə Linux Server Administratorunun gördüyü işlərin 60%-i əməliyyat, 20%-i mühəndislik və 20%-i də texniki dəstəkdən ibarətdir.

Linux Server Administratorları harda işləyə bilər?

Linux Server Administratorları, bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərində sistem inzibatçısı vəzifəsində çalışa bilər.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Linux Server təlimini öyrənmək üçün başlanğıc bilik kimi UNIX Server təlimini keçməlisiniz.

Linux Server təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq Linux Server təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Server əməliyyat sistemi: əsas anlayışlar
- Linux Server idarəetmə mühiti
- Baza utilitləri və əmrləri ilə iş
- Şəbəkə parametrlərinin sazlanması və internetə qoşulma
- İstifadəçi hesabları və qrupları
- Proqram təminatlarının quraşdırılması
- Servislərin idarəolunması
- Sistem monitorinqi
- Avtomatik tapşırıqların planlaşdırılması
- Verilənlərin arxivlənməsi və bərpası
- Verilənlərin təhlükəsizliyi
- Qrafik altsistemin sazlanması
- Əlavə imkanlar

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində Linux Server dərsləri, öz ixtisasları üzrə çalışan (!) təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Linux Server təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

Siz, Linux Server təlimini bitirdikdən sonra Linux Server platformalı serverləri idarə etməyi bacaracaqsınız. Bununla da Siz aşağıdakı bilik və bacarıqlara yiyələnmiş olacaqsınız:

- Server əməliyyat sistemi və servislərinin idarə olunması;
- Proqram təminatlarının distributivasiya və yenilənmələri;
- Təyin olunmuş serverlərin profillənməsi və monitorinqi;
- Mərkəzi idarəetmə sisteminin qurulması;
- Nasazlıqların aşkarlanması və aradan qaldırılması.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed