Kreativ Tədris Mərkəzi maraqlı bir layihəyə start verir!

Kreativ Tədris Mərkəzi maraqlı bir layihəyə start verir!

Hörmətli valideynlərimiz və sevimli balalarımız! Kreativ Tədris Mərkəzi maraqlı bir layihəyə start verir!  Layihəmiz 3 mərhələdən ibarətdir. Müsabiqə, seminar və ekskursiya.

Yol hərəkəti qaydaları ilə bağlı maariflədici işlərin zəif olması,məktəblilərin bu barədə məlumatlarının azlığı, əhalinin yarıdan çoxunun bu qaydalara düzgün əməl etməməsi bir çox qəzalara səbəb olur. Bütün bunlar hər kəsin həyatını təhlükə altına qoyur.Bu məqsədlə Kreativ Tədris Mərkəzi bu sahədə ilk addımını müsabiqə ilə atır.

Müsabiqə “YOL TƏHLÜKƏSİZLİYİ MƏKTƏBLİLƏRİN OBYEKTİVİNDƏ” mövzusuna həsr olunur.Müsabiqə 5-12 yaşlı uşaqların iştirakı ilə keçiriləcəkdir.Bu mövzuda hazırladığınız rəsm və əl işlərini fevral ayının 5-nə qədər mərkəzimizə yaxınlaşaraq təqdim edə bilərsiniz.Müsabiqədə iştirak edən uşaqların sayından asılı olaraq ekspertlər şurası tərəfindən mükafatlandırılma aparılacaq.  Mükafata mərkəzimizdə Rəsm, Şahmat, Rəqs, Gimnastika, Rus və İngilis dili dərnəklərinə 1 aylıq pulsuz təhsil kuponu, diplom və qiymətli hədiyyələr daxildir.

Bundan əlavə layihə çərçivəsində Kreativ Tədris Mərkəzi tərəfindən yol hərəkəti qaydaları mövzusunda bilik səviyyəsini inkişaf etdirmək məqsədilə maarifləndirici seminar və məlumatlandırıcı ekskursiyamız olacaqdır.

Ünvan: 6 mkr, Nəsimi metrosu yaxınlığı, Ağamalıoğlu küç. 48/58
Əlaqə tel: (+994 12) 5689981 / (+994 70)3952373

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed