İngilis dilində ünsiyyət qurmaq asandır

İngilis dilində ünsiyyət qurmaq asandır - 1

Turistlər üçün ingilis dili təlimi əsasən xarici ölkələrə səyahət etmək istəyənlər və səyahət müddətində ingilis dilində ünsiyyət qurmağa çətinlik çəkən şəxslər üçün nəzərdə tutulub. Turistlər üçün ingilis dili təliminin tədris proqramında əsas məqsəd turistik səyahətlər zamanı şəxslərin ehtiyac duyduğu danışıq dilin formalaşdırılması və inkişaf etdirilməsidir.

Təlim zamanı əsas diqqət turist səyahətləri zamanı şəxslərin fikirlərini izah etmələri, ingilis dilində sual vermələri və verilən cavabları mövzuya uyğun şəkildə anlamaları, lazımı söz bazasının inkişafı, eyni zamanda situativ dialoqların tədrisi kimi məsələlərə yönəldilmişdir.

Tədris prosesində danışıq nitqinə və kommunikativ xarakterli situasiyaların araşdırılmasına üstünlük daha çox verilir.

Tədris proqramını əhatə edən əsas mövzular :

- Aeroport: viza, qeydiyyat, bilet və yükünüz;
- İşarə və yönləndirici lövhələr;
- Otel: resepşn, qeydiyyat, xidmət, cədvəllər və qidalanma;
- Şəhər: yol və marşrut vasitələri;
- Nəqliyyat: ictimai nəqliyyat və taksi;
- Əlaqə: poçt, telefon;
- Restoran: kafe, bar, menyu, sifariş və ödəniş;
- Yemək: yeməklərin adları, içkilər;
- Abidələr: memarlıq, heykəllər, tarix (şəhər), muzey;
- Ekskursiya və əyləncə: sərgi, qalereya, atraksionlar;
- Vaxt, hava;
- Polis və təcili yardım;
- Alış- veriş;

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed