Hədəf Kursları daha bir beynəlxalq müqaviləyə imza atdı

Hədəf Kursları daha bir beynəlxalq müqaviləyə imza atdı - 1 Hədəf Kursları daha bir beynəlxalq müqaviləyə imza atdı - 2

24 sentyabr 2014-cü il tarixdə Hədəf Kursları MMCBritish Council arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Rəsmi imza mərasimində British Council-un Azərbaycan üzrə direktoru Elizabet Vayt və Hədəf Kursları MMC-nin Baş Direktoru f.ü.f.d., dosent Şəmil Sadiq iştirak etmişdir. Birgə əməkdaşlıq müqaviləsinin əsasını Hədəf Kursları MMC-də ingilis dilinin təlimi və tədrisi proseslərinin səviyyəsinin yüksəldilməsi təşkil edir. Rəsmi imzalanma mərasimi başlamazdan öncə Elizabet Vayt Hədəf Kursları Nizami filialını gəzmiş, dərs otaqlarında müəllim və şagirdlərlə söhbət etmişdir.

Hədəf Kursları daha bir beynəlxalq müqaviləyə imza atdı - 3
Hədəf Kursları daha bir beynəlxalq müqaviləyə imza atdı - 4

Elizabet Vayt Hədəf Kursları haqqında öz təəssüratlarını bildirmişdir: “ Mən ilk dəfədir ki, kursunuzda oluram. Məmnunam ki, sizi tanıdım. Burada çox fəal siniflər və həvəsli müəllimlər var. Bura əla təhsil mərkəzidir. Biz Hədəf Kurslarını British Council-un əməkdaşlıq etdiyi təşkilatlar sırasında görməyimizə çox şadıq. Azərbaycandakı uzunmüddətli fəaliyyətimiz ərzində müəllimlərin inkişafı üçün çalışmışıq. Hədəf Kursları təhsilin keyfiyyətinin artmasına və təhsil prosesinin davamlı olaraq inkişafına böyük diqqət verdiyi üçün məmnunuq. Biz Hədəf Kurslarında işləyən müəllimlərin inkişafı üçün treninqlər keçirilməsi, eyni zamanda onların Aptist testi üzrə sertifikatlarla təmin olunması prosesində işlərimizi davam etdirəcəyik.”

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed