“Global Education Center” Vergi Uçotu hazırlıq kursuna start verir.

“Global Education Center” Vergi Uçotu hazırlıq kursuna start verir. - 1

Vergi uçotu tədris etməyimizin ilkin səbəbi olaraq bu sahə üzrə biliklərinizi artırmaqdır. Kurs əsasən mühasiblər və Vergilər Nazirliyinə hazırlaşan kəslər üçün nəzərdə tutulub. Dəsrlər əvvəlcədən təsdiqlənmiş proqram əsasında keçirilir. Proqramın ümumi müddəti 3 ay olmaqla ümumilikdə 40 saat təşkil edir. Dərslər azərbaycan dilində interaktiv üsulla keçiriləcəkdir.
Mövzular:
1. Vergi qanunvericiliyi,vergi münasibətləri və anlayışlar;
2. Bazar qiyməti.Vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi agenti, daimi nümayəndəlik anlayışları;
3. Vergi nəzarəti, uçot qaydaları,vergi yoxlamaları, kameral və səyyar vergi yoxlamaları, yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi;
4. Hüquqi şəxslərin mənfəət vergisi və azadolmalar, gəlirin əldə edilməsi və gəlirdən çıxılan və çıxılmayan xərclər, amortizasiya normaları və təmir xərcləri, ödəmə mənbəyində vergilər;
5. Aksiz vergisi, torpaq, yol vergisi, mədən vergisi və s.

Dərs vəsaitləri və keçirilən mövzular üzrə imtahanlar tədris mərkəzi tərəfindən təmin ediləcəkdir.
Təlimçi haqqında: Azər Qənbərov.
Təcrübəsi:
DİPİFR Rus, DIPIFR Az, CIMA PM (Performance management), CIMA CO1-CO5, P1,F1,P2,F2 imtahanlarını müvəffəqiyyətlə vermişdir. Vergi uçotu üzrə Auditorlar Palatasının təqdim etdiyi Milli Sertifikatıın sahibi. Vergi uçotu üzrə 5 illik təlim təcrübəsi, maya dəyərinin formalaşması əsasında vergi uçotu üzrə layihənin rəhbəri, vergi hesabatlarının təqdimatı, hesabatların yoxlanılması və auditi üzrə çoxillik təcrübə.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed