Corel Draw nə üçündür? (MilliByte)

Corel Draw nə üçündür? (MilliByte) - 1

Corel Draw - ən geniş yayılmış çox funksiyalı vektor qrafik redaktor proqramıdır. Bu proqram müxtəlif vektor qrafikası (poliqrafiya və reklam məhsulları, vektor illustrasiyalar, web üçün qrafiklər və s.) ilə işləməyə imkan verir.
Corel Draw'nu kimlər bilməlidir?
Corel Draw proqramını poliqrafiya və reklam işçiləri, web studiya mütəxəssisləri və eləcə də vektor qrafikası ilə işləyən həvəskarlar bilməlidir.
Tələb olunan başlanğıc biliklər hansılardır?
Corel Draw təliminə başlamaq üçün kompüter qrafikasının əsaslarını bilmək tələb olunur. Bununla belə Corel Painter və ya Adobe Photoshop proqramlarını bilməyiniz də tövsiyyə olunur.
Corel Draw təlimində nələr öyrənəcəksiniz?
Siz, 2 aylıq Corel Draw təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:
- Vektor qrafikası: əsasları və emaletmə prinsipləri
- Obyektlər ilə iş
- Əyrilər ilə iş
- Konturların hazırlanması və redaktəsi
- Rənglər ilə iş
- Yüksək dəqiqlik alətləri
- Stillərin hazırlanması
- Mətnlərin tərtibatı
- Xüsusi effektlərin hazırlanması
- Standart qrafik formatlara eksport və çapa hazırlama
- Əlavə imkanlar
Kimlər dərs deyəcək?
MilliByte-ın təhsil mərkəzində Corel Draw dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.
Dərslər necə keçiriləcək?
Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.
Nəticədə nələr əldə edəcəksiniz?
Siz, Corel Draw təlimini bitirdikdən sonra vektor qrafikası ilə işləməyi, onları istənilən səviyyədə emal etməyi bacaracaqsınız. Bundan əlavə müxtəlif poliqrafiya və reklam məhsullarının dizaynını hazırlamağı, və eləcə də korporativ stilləri tərtib etməyi də öyrənmiş olacaqsınız.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed