1
Alman dili tədrisi ümumilikdə - Kurslardkı yeniliklər
ZE+education
kitab_satishi+

Alman dili tədrisi ümumilikdə

Web site
16.10.2018
Web site

Alman dili tədrisi ümumilikdə - 1

Alman dili tədrisi ümumilikdə 6 səviyyədən ibarətdir:
- A1 səviyyəsini bitirdikdə Siz müəyyən istəklərinizi dilə gətirmək üçün tanış ifadə və cümlələri, gündəlik həyatda işlənən sözləri anlayır və deyirsiniz. Özünüzü və başqalarını təqdim edə, digər şəxslərə özləri haqqında suallar verə və buna oxşar sualları da cavablandıra bilirsiniz.
- A2 səviyyəsini bitirdikdə gündəlik həyatda işlənən cümlələri (məs.: şəxsin özü barəsində, ailəsi haqqında, alış-veriş və işlə bağlı məlumatları və s.) və ifadələri anlayırsınız.
- B1 səviyyəsini bitirdikdə Siz iş, təhsil və asudə vaxt kimi tanış mövzularda olan aydın danışıqları və sadə ədəbi dildə olan mətnin məzmununu anlayırsınız.
- B2 səviyyəsini bitirdikdə mücərrəd və konkret mövzularda olan çətin mətnlərin və müzakirələrin əsas məzmununu anlayırsınız.
- C1 səviyyəsini bitirdikdə müxtəlif mövzularda geniş və çətin mətnləri anlayır və gizli məntiqi mənaları anlaya bilirsiniz. Söz və ifadə seçimində çətinlik çəkmədən, kifayət qədər tez və sərbəst danışırsınız.
- C2 səviyyəsini bitirdikdə demək olar ki, eşidilən və yazılan hər cür məlumatı anlayırsınız. Deyilən və yazılan bir neçə mənbəyə əsaslanaraq məntiqli mətnlər qurur və fikir söyləyərkən mövzuya aid əsaslandırmalar və açıqlamalar söyləyirsiniz.
Kurslarımıza müraciət üçün aşağıdakı nömrələrlə bizimlə əlaqə saxlayın:

Mənbə: https://www.facebook.com

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif