Adobe Photoshop nə üçündür?(MilliByte)

Adobe Photoshop nə üçündür?(MilliByte) - 1

Adobe Photoshop - ən geniş yayılmış çox funksiyalı qrafik redaktor proqramıdır. Bu proqram müxtəlif rastr qrafikası (fotolar, fotorealistik təsvirlər və s.) ilə işləməyə imkan verir.

Adobe Photoshopu kimlər bilməlidir?

Adobe Photoshop proqramını nəşriyyat və poliqrafiya işçiləri, foto və web studiya mütəxəssisləri və eləcə də təsvirlərlə işləyən həvəskarlar bilməlidir.

Tələb olunan başlanğıc biliklər hansılardır?

Adobe Photoshop təliminə başlamaq üçün sıravi kompüter istifadəçisi olmaq kifayətdir. Bununla belə kompüter qrafikasının əsaslarını bilmək də tövsiyyə olunur.

Adobe Photoshop təlimində nələr öyrənəcəksiniz?

Siz, 2 aylıq Adobe Photoshop təlimində aşağıdakı mövzuları öyrənəcəksiniz:

- Rastr qrafikası: əsasları və emaletmə prinsipləri
- Rəng modelləri: xarakteristika və təyinatları
- Qrafik faylların formatları və xüsusiyyətləri
- Təsvirlərin hazırlanması və redaktəsi
- Təsvirlərin seçilməsi, retuş və montaj edilməsi
- Xüsusi effektlərin hazırlanması
- Təsvirlərin çapa hazırlanması, rəng və ton korreksiyası
- Təsvirlərin maket və düzmə proqramlarına eksportu
- Əlavə imkanlar

Kimlər dərs deyəcək?

MilliByte-ın təhsil mərkəzində Adobe Photoshop dərsləri, çoxillik təcrübəyə və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız bu cür mütəxəssislər tətbiqi proqramları ən başa düşülən tərzdə tədris edə bilərlər.

Dərslər necə keçiriləcək?

Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

Siz, Adobe Photoshop təlimini bitirdikdən sonra təsvirlərlə işləməyi, onları istənilən səviyyədə emal etməyi bacaracaqsınız. Bundan əlavə müxtəlif illustrasiyalar və kollajlar hazırlamağı, və eləcə də təsvirlərin bədii tərtibatını da öyrənmiş olacaqsınız.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed