ACCA F3 Azərbaycan dilində

ACCA F3 Azərbaycan dilində - 1

Beynəlxalq Mühasibat Uçotunun Əsasları - (ACCA F3 Azərbaycan dilində) təlimi başlayır. Azərbaycan dilində tədris edilən ACCA F3 təlimi üzrə növbəti qrup 2 Dekabr tarixində başlayır.

TƏLİM HAQQINDA:

ACCA F3 Azərbaycan dilində - təliminin əsas məqsədi maliyyə hesabatları ilə əlaqəli əsas prinsipləri, konsepsiyaları və qaydaları izah etmək, bu sahədə olan bilikləri daha da inkişaf etdirmək və əsas maliyyə hesabatlarının hazırlanmasını öyrətməkdən ibarətdir.

Təlim Mühasibat uçotunu yeni öyrənən mütəxəssislər, yeni mühasiblər və ya ümumiyyətlə bu sahədə heç bir biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlimlərimizdə nüfuzlu Sertifikatlaşdırılmış Mühasiblər Assossiasiyasının (ACCA) rəsmi tədris materiallarının Headstart International tərəfindən Azərbaycan dilinə rəsmi tərcümə edilmiş versiyasından istifadə olunur.

Təlimin sonunda təşkil olunacaq Sertifikat İmtahanında uğur qazanan tələbələr Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təsdiq olunmuş Sertifikatla təltif olunacaqlar.

TƏLİMÇİ HAQQINDA:

Həsən Həsənov - ACCA member

Həsən müəllim -maliyyə, mühasibatlıq və audit sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. 2009-cu ildən başlayaraq hər il Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) və Beynəlxalq Mühasibatlıq Uçotu Standartları (IAS) təkrarı ve yenilənməsi üzrə xarici ölkələrdə təlimlər keçmişdir. Maliyyə hesabatları, mühasibat uçotu, maliyyə məlumatlarının analizi, daxili kontrol, risklərin idarə edilməsi və büdcənin hazırlanması üzrə geniş təcrübə və biliklərə sahibdir. Həmçinin idarəetmə, planlama, təşkilati işlərdə və təlimçilik üzrə biliklərə malikdir. Dünyanın aparıcı və öndə gedən audit və konsaltinq şirkəti olan Baker Tilly Azerbaijan şirkətində çalışmış və böyük təcrübə qazanmışdır.
Hal-hazırda Expressbankda Maliyyə direktoru vəzifəsində çalışır.

TƏLİM DETALLARI:

Təlimin keçiriləcəyi dil: Azərbaycan dili
Təlimin başlama tarixi: 02.12.2018
Müddəti: 50 saat (3 ay)

QEYDİYYAT VƏ ƏLAVƏ MƏLUMAT ÜÇÜN:

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed