not found
Ünvan
Nərimanov rayonu, Azadlıq pr. 132 A
Yaxınlıqda olan metro stansiyası
Gənclik
Kurs haqqında ümumi məlumat
Bu gün AKİ İnter bütün beynalxalq şirkətlərl tərəfindən tanınır və YFU, Study Group, Forte, CİEE, ACES, KAPLAN-ASPECT və digər proqramları üzrə fəaliyyət göstərir.

 AKİ İNTER – tarixi və xaricdə təhsil sahəsində böyük təcrübəsi olan bir şirkətdir. O, 1998-ci ildə məhz gənclərin xaricdəki ali təhsil müəssisələrində təhsil almağa can atdığı bir zamanda yaradılmışdır.  

Artıq 18 ildir ki şirkətimiz uğurla fəaliyyət göstərir. Bu illər ərzində biz çox uğurlar qazanmışıq. AKİ İNTER bir çox mükafatlara layiq görülmüşdür. Səmərəli əməkdaşlıq məqsədi ilə ildən ilə bizə daha çox xarici universitetlər qoşulur.

2011-ci ildə Böyük Britaniyada Oksford şəhərində meriyanın qədim təntənə zalında Liderlərin Oksford Sammiti çərçivəsində keçirilən Sokrat adına Beynəlxalq mərasimdə (“Sokrat mərasimi”) AKİ İNTER beynəlxalq təhsil üzrə şirkət direktoruna beynəlxalq mükafatlar təqdim olunmuşdur.

Avropa Biznes Assambleyası AKİ İNTER şirkətini keyfiyyət və menecment sahəsindəki nailiyyətlərə və təhsil sahəsindəki təmiz işgüzar nüfuzuna görə “İlin ən yaxşı müəssisəsi” (“Best Enterprises of the Year”) ali mükafatına layiq görmüş və şirkət direktoruna ad və “İlin ən yaxşı top meneceri” adlı sertifikatını təqdim etmişdir.

AKİ İNTER şirkəti Avropa Biznes Assambleyası tərəfindən dinamik inkişaf edən müəssisələrin Ümumavropa reyestrinə daxil edilmişdir. Avropa Biznes Assambleyasının Nominasiya Komitəsi şirkətə ən nüfuzlu Avropa mükafatlarından biri olan Kraliça Viktoriya adına eksklüziv Britaniya mükafatını – The İnternational Award “Queen Victoria Commemorative Medal” vermişdir. 

Hazırda AKİ İNTER təkcə xaricdə təhsil ilə deyil, həm də dil hazırlıq kursları ilə məşğul olur. Belə ki, 2007-ci ildə Kiyevdə qazanılmış təcrübə sayəsində etibarlı tədris metodikasına yiyələnmiş, məşğələlərin müsbət nəticəsindən əmin olan və tələbələrinə zəmanət verən AKİ Colleges dil məktəbi açılmışdır. Şirkət yeni tədris proqramları və kursları hazırlayaraq, tədris metodu və formalarını təkmilləşdirərək daima irəli gedir. Dil məktəbinin məzunlarına qazanılmış bilikləri təsdiqləyən sertifikatlar verilir, onlar həmçinin dünyanın istənilən ali məktəbinə daxil olacaqlarına dair 100% zəmanət alırlar.

Bizim ixtisaslı mütəxəssislərimiz zəng vuran istənilən şəxsə ətraflı cavab verəcəklər. Bizdə həqiqətən də oxumağı, öyrənməyi sevənlər işləyir.

Bizim arsenalımızda dünyanın 43 ölkəsi və istənilən istiqamət üzrə 3000-dən çox təhsil proqramları varBiz özümüz xaricdəki məktəblərə, kolleclərə və universitetlərə baş çəkir, onları yoxlayır və təftiş edirik, buna görə də bizim müştərilərimiz yalnız ən yaxşı olanı alırBiz hər bir müştəriyə fərdi yanaşırıqAKİ İNTERi seçərək Siz illərlə toplanmış təcrübəni və peşəkarlığı seçirsinizBiz yalnız proqrama daxil edilməni həyata keçirmir, həm də bütün tədris müddətində tələbənin yanında olur, ona nəzarət edirikMəktəbin və ya universitetin harada yerləşməsindən asılı olmayaraq dünyanın istənilən nöqtəsində proqramı tələbənin sifarişi üzrə seçmək iqtidarındayıq, biz razılıq bağlayacaq və tələbəyə tədris proqramına yazılmaqda kömək edəcəyikYalnız bizim tələbələrimiz bütün tədris müddəti boyunca istənilən təhsil və ya məişət məsələlərinin həlli üçün bizim xüsusi yardım xidmətimizə zəng edə bilərlər

Şirkət əməkdaşları potensial müştərinin, sonradan isə artıq real müştərinin ona görə məsuliyyət daşıdığımızı başa düşmələri üçün çalışırlar. Uşaqlarını xaricə oxumağa göndərən valideynlər ən dəyərli varlıqlarını etibar edirlər. Buna görə də düzgünlük, vicdan və məsuliyyət bizim əsas prinsiplərimizdir.

Kursun veb saytı
http://www.aki-inter.com
Facebook səhifəsi
https://www.facebook.com/akiinter/
Həftəarası iş vaxtları
09:00 - 19:00
Şənbə günü iş vaxtı
09:00 - 19:00
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed