İzahlı lüğət

ZİNDAN1

is. [fars.] 1. Keçmiş zamanlarda: qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı). Zindana atmaq. Zindana salmaq. - ..Sultanın hökmü ilə zindanlarda çürüyən min-min məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib, çünki Kəlküttə çox uzaqdır. C.Məmmədquluzadə. Bu binanın [ədliyyə sarayının] ..zirzəmisində məhbuslar üçün zindanlar vardır. M.İbrahimov. Zindana saldılar Leylanı o gün. B.Vahabzadə. // Ümumiyyətlə, həbsxana, həbs, dustaqxana. Qəbir kimi qaranlıqdır zindanım; Qurd-quş, siçan oynağıdır dörd yanım. A.Səhhət. [Sona:] O vaxt zindan naçalniki dustağı bizə təslim edər. H.Nəzərli. [Ramazan:] Söylə görüm bu cür yaşamaq ilə zindanda yaşamağın fərqi nədir? B.Talıblı. // Məc. mənada. [Zəhra:] Ayrı düşdükcə Şeyx Sənandan; Mana guya cahan olur zindan. H.Cavid.
2. məc. Çox qaranlıq, çox darısqal, cansıxıcı yer haqqında. Bura lap zindandır ki... Zindan kimi bir otaq.
□□ Dünyanı zindana döndərmək - əzab vermək, gününü qara eləmək. Dünyanı bizdən ötəri; Döndərdi zindana, pişik! Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Z

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed