İzahlı lüğət

VƏHŞİ

sif. 1. İbtidai halda olan, ibtidai mədəniyyət pilləsində olan; ibtidai. Vəhşi tayfalar. insanlar vəhşi halında yaşadıqları zaman. - [Skif tayfası] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət idi. A.Bakıxanov. // İs. mənasında. [3-cü cəngavər:] Anasının namusunu ləkələmək istəyən vəhşilərdən dörd nəfərini vurub yerə sərdi. M.Hüseyn.
Heyvan və quşlar haqqında: insanlara öyrənməmiş, ələ öyrənməmiş, çöldə sərbəst yaşayan. Vəhşi pişik. Vəhşi ördək. Vəhşi öküz. - Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikanın bütün meşələrində çoxlu ayı, canavar, tülkü və Sibir samuru vardır. M.Qaşqay. // is. mənasında. Vəhşi heyvan. Musiqi daşları gətirir dilə; Ram olur səsinə vəhşilər belə. S.Vurğun.
Yabanı, öz-özünə çöllərdə bitən. Göyərən vəhşi güllər; Çığıran arzum kimi... Necə belini bükdü; Ocağını qaraltdı. B.Vahabzadə.
məc. Adamdanqaçan, adamayovuşmaz, ürkək, utancaq. Vəhşi uşaq. Bu qız lap vəhşidir ki.
məc. Adamsız, insansız, tənha; insan ayağı dəyməmiş, məskun olmayan. Vəhşi çöllər. // Qorxunc, vəhşətli, heybətli. Vəhşi qayalar. - Bu vəhşi ormandan uçmaq dilərdin; Bu qara zindandan qaçmaq dilərdin. M.Müşfiq.
Azğın, qudurmuş, qaba, tərbiyəsiz. Vəhşi hərəkət. - [Əbülhəsən bəy:] Köməksiz və yardımsız bir qızı sərxoş və vəhşi zabitlərin əlindən xilas etmək vəzifəm idi. M.S.Ordubadi. // Önüalınmaz, azğın, qızmış, coşmuş. Mübaşir Məmməd vəhşi ehtirasla yanan gözlərini bir də Gülzara tərəf çevirdi.. M.İbrahimov. // Qeyri-mədəni, mədəni cəmiyyətə yaraşmayan, mədəniyyətə yaraşmayan, mədəniyyətə zidd olan. “Molla Nəsrəddi’’nin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalışmaqdır. C.Məmmədquluzadə. inqilabdan əvvəl vəhşi adətlərdən biri də qan düşmənçiliyi idi. S.S.Axundov. [Zeynal] qızmış vəhşi bir baxışla Mehribana tərəf yürüdü. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

VOJ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed