1
ŞÖHRƏT sözünün izahı / ŞÖHRƏT sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ŞÖHRƏT

is. [ər.] 1. Zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; məşhur olma, şərəfli ad qazanma, məşhurluq, ad-san. Əmək şöhrəti. Artistin şöhrəti. Alimin şöhrəti dünyaya yayılmışdır. - [Ağa Mərdan:] Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşifələyə çıxacaq. M.F.Axundzadə. Hüseynin [Ərəblinskinin] şöhrəti də, təcrübəsi də getgedə artırdı. S.Rəhman. // Adı çıxma, ad qazanma. C.Məmmədquluzadəni ədəbiyyata gətirən nə pul qazanmaq, nə də şöhrət həvəsi idi. M.İbrahimov. □ Şöhrət etmək - məşhur olmaq, tanınmaq, ad çıxartmaq. [Hacı Nuru şair:] Mərhum zəhmət çəkib sənəpakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis həkimləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən. M.F.Axundzadə. Şöhrət qazanmaq (tapmaq) - məşhur olmaq, hamı tərəfindən tanınmaq, məşhurlaşmaq. ..Qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın, gəlib Tiflisdə şöhrət qazansın. C.Məmmədquluzadə. Tapdıq qazmaçılar arasında öz mehribanlığı ilə şöhrət qazanmış (f.sif.) mahir bir usta idi. M.Hüseyn.
Şöhrətbazlıq, şöhrət düşkünlüyü. Teymurbəyi.. sövq edən yeganə amil şöhrət və heysiyyət məsələsi idi. Çəmənzəminli.
Şan, şərəf, iftixar. Əmək ölkəmizdə şərəf işinə çevrilmişdir. - Hər kəndə, hər şəhərə zinətdir bayrağımız; Alnıaçıq hər kəsə şöhrətdir bayrağımız. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif

Bağla
Azərbaycanda pandemiya dövründə ən çox hansı kitablar oxunub?
Şagirdin məktəb hazırlığı neçəyə başa gəlir?
Təhsil kreditlərinin veriləcəyi tarix bəlli oldu
Tələbələr üçün yeni sistem yaradılıb