İzahlı lüğət

ŞILTAQ

1. is. Mənasız tələb, iddia, arzu, istək. Vəliqulu da başlayıb şıltağı və davamərəkəni. C.Məmmədquluzadə. [Əlyarov:] Hər yoldan ötənin şıltağından ötrü biz adamlarımızı çölə tökə bilmirik ki? M.Hüseyn. // sif. Daim şıltaqlıq edən, şıltaqçı. Dürdanə xanımın qızı Sonanı da, o baş çıxarmadığı şıltaq qızı da indi Qadir görmək istəmirdi. Ə.Əbülhəsən. // Ağlayıb-qışqırmaqla öz istəyindən əl çəkməyən; inadcıl, inad, tərs. Şıltaq uşaq. // Kefsizlik, ağrı və s. səbəblər üzündən uşaqlarda ağlamaq və ya çığırmaq şəklində təzahür edən narahatlıq, əsəbiyyət halı. [Atabala] bu çocuğun nazını çəkir, hər şıltağına dözür. A. Şaiq. □ Şıltaq etmək (eləmək) - 1) ağlamaqla narahatlığını bildirmək. Balaca uşaqlar gecə yatmayıb şıltaq eləyəndə, anaları istəməyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər. C.Məmmədquluzadə;
məc. Naz eləmək, özünü ərköyün kimi aparmaq. Qız çox şıltaq edəndə Bülənd ona nəsihət edərdi. Ə.Əbülhəsən.
2. sif. məc. Dəyişkən, qərarsız, sabit halda olmayan, gözlənilmədən dəyişən. Şıltaq dəniz. Şıltaq hava. - Necə sakitcə, baxır gör, necə şıltaq Xəzərim; Başqa aylardasa hər dalğası bir dağ Xəzərim. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed