İzahlı lüğət

NADİNC

sif 1. Dəcəl, şuluq, dinc oturmayan. Nadinc qız. - Çünki yazıq Cəmil doğrusu çox nadinc idi. C.Məmmədquluzadə. Nadinc uşaqlar.. bağırışırdılar: - Molla Qasım, qaç, xortdan gəldi. S.S.Axundov.
məc. Dinc oturmayan, ona-buna sataşan, araqarışdıran, pozğunluq salan, fitnə törədən; təhrikçi. [Hacı Nuru:] Ümənayi-dövləti təqsirlidən, təqsirsizdən şikayət etmək ilə təngə gətirdin. Axırda nadinc adam qələminə getdin. M.F.Axundzadə. [Təbrizdə] nadinc adamların sayı çoxalır(dı). M.S.Ordubadi.
məc. Sakitlik bilməyən, coşqun. Xəzərin nadinc dalğaları .. o tənha buruq ətrafında rəqs edir.. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed