İzahlı lüğət

KUKLA

[rus. əsli yun.] 1. Adam, əksərən qız fiquru şəklində uşaq oyuncağı; gəlincik. Uşağa kukla almaq. Kuklanı geyindirmək. Ağca xanım anası gətirdiyi gözəl kuklalara .. baxıb çox şad oldu. S.S.Axundov. Yazıq anan necə dözsün; Bu kədərə, bu məlala? Məzarının baş ucunda kukla da var; Bu gün layla çalmalıykən sən kuklana; Kuklan sənə layla çalar. B.Vahabzadə. // Xüsusi teatr tamaşalarında, oyunlarında istifadə olunan parça və s.-dən düzəldilmiş insan və ya heyvan fiqurları. □ Kukla teatrı - iştirakçıları kuklalar olan xüsusi teatr.
2. dan. Qəşəng geyinmiş, bəzənmiş gözəl qız, qadın haqqında. □ Kukla kimi çox qəşəng geyinmiş incə, gözəl qız, qadın haqqında; 2) cansız-ruhsuz, hərəkətsiz, müqəvva kimi. Kukla kimi dayanmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed