İzahlı lüğət

KÖMBƏ

1. sif. İri, girdə, qalın çörək; qalac. Qoca qarağacın köhnə qabığı quru kömbə çörəyə oxşayırdı.. Mir Cəlal. [Aslan:] Düşərgədə hər beş adama gündə bir kömbə köhnə .. çörək verirdilər. S.Vəliyev.
is. Küt getmiş xəmirdən kül üzərində bişmiş çörək. Gördüyün küllü kömbədir, bazara çıxıb, qoğal olub. (Ata. sözü).
sif. Yöndəmsiz, kök, gonbul. Kömbə arvad. - Ocaqverdi kömbə əlini uzatdı. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......