İzahlı lüğət

KOMA2

is. Primitiv ev, daxma, daxal. Sığınıb dağda yapılmış komaya insanlar; Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar. A.Səhhət. Bu əhvalatdan sonra Nadirəni komada əliboş görmək olmazdı. Mir Cəlal. Az keçmədi gəlinlər gəlib onun komasını suladılar, su dolu bir sənək gətirdilər. Ə.Məmmədxanlı. // Ümumiyyətlə, təvazölə və ya zarafatla “ev” mənasında. Oturub ac komasında atamın; Biş-düşün hazır edərdim anamın. M.Ə.Sabir. [Əlləzoğlu:] Qız mənim komamda nə görüb ki? İ.Hüseynov.
Qiraət koması - kənddə mədəni maarif ocağı. [Cahan:] Hər yerdə qiraət koması açılır.. Ə.Haqverdiyev. Çox yerdə klub, qiraət koması, kitabxananın işləri qənaətləndirici deyildir. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

KE

KUT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed