İzahlı lüğət

KÖKLÜ

sifl 1. Torpaq altında kökü, rişələri olan. // Kökü üstündə olan, kökü ilə birlikdə. Kür çayı bəndini yaz yaran kimi; Köklü ağacları aparan kimi; Yardılar Qazaxın səfini fövrən. H.K.Sanılı. Köklü ağac kimi qopub yerimdən; Uçuram bir dərin boşluğa sarı. S.Vurğun.
məc. Yekə, böyük, möhkəm. Köklü qaya. [Firəngiz Şahinə:] Maşınımız köklü daşa ilişib, buna işığın nə köməyi dəyəcəkdir? B.Bayramov.
məc. Çoxlu qohum-əqrəbası, böyük nəsli olan. Köklü adam. Köklü ailə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!