İzahlı lüğət

KLASSİK

sif [latıncadan] 1. Klassik tərəfindən yaradılmış (bax klassik 1-ci mənada), ən nümunəvi, nümunə ola biləcək. Klassik ədəbiyyat. “Koroğlu “operası Azərbaycan musiqisinin klassik əsəridir. Klassik musiqi. - Azərbaycan klassik satirik şerinin həqiqi və ölməz yaradıcısı olan Sabir ancaq və ancaq “Molla Nəsrəddin “məktəbində tərbiyə alaraq yetişmişdir. M.İbrahimov. // Yaradıldığı və yaşadığı vaxtdan uzun müddət keçdiyinə baxmayaraq, öz qiymətini, dəyərini, gözəlliyini itirməmiş (əsər və ya şəxs haqqında). // Tipik, çox xarakterik. Klassik misal.
Qədim yunanlara və romalılara aid olan; antik. // Klassik dillər (qədim yunan və latın dilləri).
Çox gözəl, nümunəvi. □ Klassik gözəllik və s. - qədim yunanlarda və romalılardakı gözəllik idealını xatırladan gözəllik və s.
Antik dil və ədəbiyyatının öyrənilməsi ilə bağlı olan. Klassik filologiya. Klassik təhsil. □ Klassik gimnaziya - inqilabdan qabaqkı Rusiyada: antik dillərin və ədəbiyyatların öyrənilməsi məcburi olan orta məktəb.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed