İzahlı lüğət

KƏRKİ

is. Aşağı çevrilmiş enli tiyəsi olan uzunsaplı, yonucu (kəsici) alət. Kərki ağacı yastısına yonar, balta dikinə. (Məsəl). Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki tərəfə yon. (Ata. sözü). Əlisa .. yarıehtiyatla hərlənib qazmadüsər, bel, balta, kərki, mişar və qeyri karastı toplanmış anbara girdi. S.Rəhimov. // Kərkiyə oxşayan şey haqqında. [Soldatın] tükləri qarışıq, sallaq idi, bunların arasından kiçik kərki çənəsi güclə gözə dəyirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments