İzahlı lüğət

KAFİR

sif. [ər.] 1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman. // Is. mənasında. Kafır olsaydı əgər rəhmə gələrdi, gözəlim; O qədər ki, sənə mən dərdimi izhar elədim. Şəhriyar. □ Kafir olmaq - başqa dinə keçmək (müsəlman haqqında). [Şeyx Hadi:] Şeyx Sənan, o şəmsi-aləmtab; Oldu kafir, xaç asdı, içdi şərab. H.Cavid. // Keçmişdə mütərəqqi fikir sahiblərinə, dinə tənqidi yanaşan və ya inanmayan şəxslərə verilən ad; dinsiz, laməzhəb. Bu fikir köhnə müsəlmanların fikrinə oxşayır: “Rusca danışdın kafirsən, furajka qoydun, kafirsən”. M.S.Ordubadi. //dan. Söyüş mənasında (çox vaxt "kafir oğlu kafir” şəklində). Bu kafir oğlu kafir qoşunu qırdı, qurtardı. “Koroğlu”. [Hacı Fərəc:] Vermə məni kafir əlinə, bir növ məni qurtar. N.Vəzirov. [Həmzə:] Adə, necə, kafir oğlu kafir, qız qaçıb? C.Cabbarlı. // Bəzən zarafatla: Ay kafir!
2. dan. Canavar, ilan kimi heyvanların evfemistik adı. [Dursun:] Az qala kafir məni boğmuşdu, - deyə, qalabalığa qarışdı. A.Şaiq. Niyə, ay kişi, olmaya yenə kafir çaldı? S.Rəhimov. [Həsənəli:] Köməyə gəlin! ..Kafir məni öldürdü. M.Ibrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed