İzahlı lüğət

İZ-TOZ

bax iz 2-ci mənada. [Yasəmən:] Yadınızdadırmı, biz oxuyanda bunların heç izi-tozu da yox idi. S.Rəhman. İzi-tozu qalmamaq (olmamaq, görünməmək) - b a x iz(i)-əlamət(i) qalmamaq (“iz-əlamət”də). [Fatma xala:] Deyirlər əfəndi deyib ki, bu yaxında [Allah] bu yəcuc-məcuca bir toy tutsun ki, bunların heç izi-tozu qalmasın. Ə.Əbülhəsən. İzinitozunu itirmək - 1) bir şeydən, hadisədən heç bir iz qoymamaq, heç bir əsər-əlamət qoymamaq, tamamilə yox etmək, yoxa çıxarmaq. Bir adam ki ağasının Məkkə qurşağını boğazına dolaya, gecənin qaranlığında onun izini-tozunu itirə, var-yoxunu sil-süpür eləyə, .. daha nə üçün vəziyyətindən razı olmazdı. S.Rəhimov; 2) bir cinayətin, işin üstü açılmamaq üçün onu ört-basdır etmək; izini itirmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed