İzahlı lüğət

İSTİLA

is. [ər.] 1. Bir ölkəni zorla alma, ələ keçirmə, tutma. Qızıl Arslanın əcnəbi istilasına qarşı başladığı mübarizə yuxarıdakı fikrimizə tamamilə müvafiqdir. M.S.Ordubadi. □ İstila etmək - bir ölkəni zorla ələ keçirmək, işğal etmək, tutmaq. Ölkələr istila etmək.
məc. Qaplama, tutma. □ İstila etmək
qaplamaq, tutmaq. Ənisənin qaşları çatıldı, yanaqlarını bir qırmızılıq istila etdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......