İzahlı lüğət

İNTİQAM

is. [ər.] Özünə pislik edənə pislik etmə arzusu və işi; qisas, qisas alma, heyif alma, əvəzə əvəz; öc. [İsmət:] Ah, fəqət intiqam dilərsə Orxan; Ismət xoşbəxt ikən olur bağrı qan. H.Cavid. Eşqin intiqamı yaşar hər zaman.. S.Vurğun. Bu kifaciədir... faciəmizi; Niyə çevirmirik intiqama biz? B.Vahabzadə. □ İntiqam almaq (çəkmək) - heyfini almaq. [Molla Xəlil] aradığını bulmuş, müəllimdən yaxşı intiqam alacaqdı. S.Hüseyn. [Şeyda:] Inan ki, əfv etmək intiqam almaqdan daha müdhişdir. H.Cavid. [Ovçu anasına:] Mövhumat çəngəlində mənə olan sevgilimin intiqamını almalıyam. Ə.Məmmədxanlı. İntiqamını yerdə qoymamaq - intiqamını almaq, əvəzini çıxmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed