İzahlı lüğət

İNANMAQ

f 1. Bir işin, sözün və s.-nin yəqinliyinə, doğruluğuna qəti əmin olmaq, arxayın olmaq, yəqin etmək. Gülnaz çölə həmişə Laçınla yanaşı gedər, onun əlliayaqlı olduğunu görüb, bacarığına ürəkdən inanardı. M.Hüseyn. Qapı döyənin Firidun olduğuna inanan Gülnaz onun sözlərini eşitmədi. M.İbrahimov. Bu sözdən sonra Nisə xala inandı. Mir Cəlal. □ İnanmağı gəlməmək - bir şeyin doğruluğuna, yəqinliyinə şübhə etmək, inana bilməmək. Hatəmin inanmağı gəlmədi. Mir Cəlal. Həqiqət bilmək, doğru bilmək, gerçək bilmək. Adam hər deyilənə inanmaz. Hər cür şayiəyə inanma! Mən onun hər sözünə inanırdım. - Dəhənin dilbərimin çeşməyiheyvan dedilər; Kim inanır bu sözə, gözgörə böhtan dedilər. S.Ə.Şirvani. [Süleyman bəy:] ..Təvəqqe edirəm ki, mənə etibar edib sözümə inanasan. Ü.Hacıbəyov. [İmamverdi Nurəddinə:] ..Indi get, mən də görüm, nə çarə tapıram, ancaq sərvaxt ol, Əmiraslanın sözünə əsla inanma. S.S.Axundov. Etibar etmək, bel bağlamaq. Ona çox da inanmaq olmaz. Xalqa inanmaq lazımdır. Dənizin sakitliyinə inanma. Ümid etmək, ümidvar olmaq, yəqin etmək, əmin olmaq. Kəsiləcək yer üzündən, inanıram mən; Müsibətin, fəlakətin ilan nəfəsi. S.Vurğun.
din. Etiqad etmək, iman gətirmək. Dinə inanmaq. // Mövcud olduğuna qane olmaq. Taleyə inanmaq. Yuxuya inanmaq. İnanmıram şəklində - şübhə bildirir. Inanmıram, o, bu gün gələ. Inanmıram, yağış yağsın.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed