İzahlı lüğət

ÇEYNƏMƏK

f. 1. Ağıza qoyulan bir şeyi dişlə qırmaq, əzmək, xırdalamaq, ovmaq. Ağzımda çörəyi çeynəyib bəzən; Xırdaca-xırdaca yemlərdim onu. S.Vurğun. Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumludan qıraraq ağızlarına qoyur və çeynəyirdilər. Ə.Vəliyev.
// Dişləri ilə kəsmək, gəmirib qırmaq. Hər yerdən ümidini kəsmiş
Məhbusi ipini çeynəyərək qolunun birini açmışdı. M.İbrahimov.
// Hirs, qəzəb, acıq ifadəsi olaraq dodaqlarını, bığlarını dişləri arasına alıb əzmək, gəmirmək. [Ağası bəy] əllərini döşünə qoyub bığlarını çeynəyən (f.sif.) xanın buyruğuna müntəzir idi. Çəmənzəminli. Acıqdan çeynədi dil-dodağını; Kinindən yeyirdi ürəkyağını. A.Şaiq.
məc. Bir sözü çox təkrar etmək; təkrarlamaq, bayağılaşdırmaq. Axşamacan hamı bu sözləri ağzında çeynəyirdi və çeynəyib özgəsinə verirdi. B.Talıblı.
məc. Tapdalamaq, ayaqlar altına salmaq. [Xəyyam:] Çeynədik yıpramış adətləri biz; Böylə azadə ömür sürmədəyiz. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed