İzahlı lüğət

CƏHƏT

is. [ər.] 1. Tərəf, yön, səmt. Cəhətləri seçmək çətin idi. Nəriman dönüb dala baxanda gəldiyi yerin də izini itirmiş gördü. Mir Cəlal.
Bir şeyin tərkib hissəsi, elementi. Məfhumun iki cəhəti. - İndi məsələnin ikinci cəhəti qalırdı.. S.Hüseyn.
Bir şeyə aid olan, onu səciyyələndirən keyfiyyət, əlamət, xüsusiyyət. Əsərin kompozisiya cəhəti. Filmin bədii cəhəti. Layihənin texniki cəhəti. - Bir xalqın ən gözəl cəhətlərini özündə təcəssüm etdirən adamlar olursa, onlardan biri də Həzi Aslanov idi. M.İbrahimov. Çayqırağının yaxşı bir cəhəti də bu idi ki, su və peyinlik yaxın olduğundan, burda .. lobya, soğan əkirdilər. Ə.Əbülhəsən.
Səbəb bildirir - görə. Çərx hər ay başına salmış qaşından bir xəyal; Bu cəhətdəndir hər ay başında olmaq bir hilal. Füzuli. ..Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

C

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed