İzahlı lüğət

CAZİBƏ

is. [ər.] 1. Cisimlərin bir-birini özünə cəzb etməsi xassəsindən ibarət fiziki hadisə. Eynşteynin cazibə nəzəriyyəsi. Cazibə qüvvəsi məlum qarşılıqlı təsir qüvvələrindən ən zəifidir.
2. məc. İnsanın könlünü cəzb edən xassə, cəzbedici qüvvə, lətafət. [Əzra Zəhraya:] Səndə bir öylə hüsnü cazibə var; Ki, olur hər görən pərəstişkar. H.Cavid. [Xavər] gözəlləşmiş, yanaqlarında bir qızartı və cazibə əmələ gəlmişdi. M.İbrahimov. ..Qızın sifətindəki mərdanə gözəllik, ..sərrastlığı, danışığındakı cazibə [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed