İzahlı lüğət

CAN-CİYƏR

is. Çox yaxın, mehriban, canbir qəlbdə olan dostlar haqqında. O, mənim can-ciyərimdir. - [Dövlət bəy:] Biz tanış-biliş, can-ciyərik, dostuq. C.Cabbarlı. [Bülənd] getdikcə atası Abdulla kişiyə nə qədər oxşayırdı. Bülənd - Veysin doğma qardaşı, canıciyəri gör necə danışırdı. Ə.Əbülhəsən.
// Ən əziz, ən istəkli, doğma. [Qarı Anriyə:] O mənim yeganə oğlumdur, canım-ciyərimdir. S.Vəliyev.
□ Can-ciyər olmaq - birbirinə çox yaxın, çox səmimi, çox mehriban dost olmaq. Bu yaz dostlarım yenə bəxtəvər olacaqlar; Can-ciyər olacaqlar. M.Müşfiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed