İzahlı lüğət

BÜRYAN

sif. [fars.] Odda qovrulan (qovrulmuş), odda yanan (yanmış).
□ Büryan eyləmək (etmək) - 1) odda yandırmaq, qovurmaq; 2) məc. kabab eləmək, yandırmaq. Ayrılıqdan yar mənim bağrımı büryan eylədi; Özünü bir yana saldı, məni bir yan eylədi. Nəsimi. Gər visalından mədəd qılmazsan, ey aram can; Çeşmimi giryan edib bağrımı büryan eyləmə! Xətayi. Tutam zülfün üçün dönəm başına; Bağrımı oduna büryan eyləyəm. M.P.Vaqif. Büryan olmaq
1) odda yanmaq, qovrulmaq; 2) məc. kabab olmaq, yanmaq. Əyyami-visalə yetdi hicran; Vəqt oldu ciyərlər ola büryan. Füzuli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed