İzahlı lüğət

BURUQ2

is. Neft, yaxud mədən suları çıxarmaq üçün xüsusi üsullarla qazılan quyu; neft quyusu. [Əhməd:] Hanı sənin də buruqların? Zavodların, beşmərtəbə evlərin? Ə.Haqverdiyev.
□ Buruq ustası - burma üsulu ilə neft quyusu qazıma mütəxəssisi olan fəhlə. Kəşfiyyat burugu - bir yerdə neft, qaz, yaxud mədən suları olub-olmadığını müəyyən etmək və ya başqa məqsədlər üçün burma üsulu ilə qazılan quyu.
// Həmin quyunun üstündə düzəldilən qurğu; qüllə, vışka. Şəfiqə .. uzaqdan neft buruqlarını görüncə sevinərək Məsuda göstərir. H.Cavid. Gün uzaqlarda meşə kimi görünən buruqların arasında gizlənə-gizlənə aşağı enirdi. S.Rəhman. Gecə ay nur səpərkən buruqlar meşəsinə; Qulaq verdi ney çalan küləklərin səsinə. Ə.Cəmil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed