İzahlı lüğət

BOYUNBAĞI

is. 1. Zinət üçün qadınların boyunlarından asdıqları muncuq və s. düzümü. [Yusif şah] ..qızlarının hər birinə bir gül.. və bir üzük və bir boyunbağı və bir dəst libas .. ayırdı. M.F.Axundzadə. Qadının yanında yaxşı tanıdığım bir həkim, boynunda isə iri mirvarilərdən diqqəti cəlb edən bir boyunbağı vardı. Ə.Məmmədxanlı.
2. dan. Qalstuk. [Musanm nəvəsi] səhər durdu, üzünü qırxdı, paltarını geyindi, ağ köynəyinin üstündən qara ipək boyunbağısını bağladı. Qantəmir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed