İzahlı lüğət

BOYAMAQ

f. 1. Bir şeyi boyağa salaraq və ya bir şeyə boya sürtərək ona müəyyən bir rəng vermək; rəngləmək. Bezi boyamaq. Qapıları boyamaq. Saçlarını boyamaq.
// Məc. mənada. Meşənin üzərində bir yaylaq qızartısı artır, getdikcə meşəni boyayırdı. S.Rəhimov.
məc. Batırmaq, bulamaq, qərq etmək. General Nakaşidzenin başı parçalanmışdı. Ağzını tez-tez açıb yumur, qanlara boyadığı Bakıya vida edirdi. M.S.Ordubadi.
Kirləndirmək, ləkələndirmək, batırmaq. Uşaq əllərini mürəkkəbə boyadı.
Bir şeyin çoxluğunu, bolluğunu bildirir. [Heydər bəy:] Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BEH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed