İzahlı lüğət

BOYALI

sif. 1. Boyanmış, rənglənmiş, rəngli; boya sürtülmüş. Boyalı kağız. - [Kişinin] qara boyalı bığlarının ətrafındakı dərin cizgilər gah bu füsunkar mənzərə qarşısında xəfiflənir, gah da dərinləşərək ağır qayğılar ifadə edirdi. Çəmənzəminli. Dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əliayağı xınalı adamlarla dolmuşdu. M.İbrahimov.
// Üzünə boya (kirşan və s.) sürtmüş, üzünü boyamış. Boyalı qadın.
məc. Zahirən aldadıcı, süni. [Qətibə:] Ancaq mən sevgilərin bu qədər aldadıcı və boyalı olduğunu bilmirdim. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed