İzahlı lüğət

BÖLÜK

is. 1. Piyada və bəzi xüsusi qoşun hissələrində batalyon tərkibinə daxil olan əsgəri hissə; rota. Diviziyanın alayları, hər alayın bölükləri kənd aralarında, meşəliklərdə, dağda-daşda yerləşmişdi. S.Rəhimov.
Parça, tikə, hissə. Tağı əmi [bildirçini] qırğının əlindən alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı.. S.S.Axundov.
“Bir” sözü ilə: bir bölük - bir yığın, bir sürü, bir dəstə; çoxlu. Bir bölükyaşılbaş sonalar kimi; Yığılıb gəlibdir Qazağa qızlar. M.P.Vaqif. Bir bölük atlar; Atlar göy otlar.
Səhhət. [Məşədi Cəfər:] Məndən sonra bir bölükyetim-yesir qalacaq. Ə.Haqverdiyev. Bir tək donluq ilə Mirzə yazıq özünü saxlasın, yoxsa pul göndərib bir bölük, külfətini dolandırsın. S.Rəhimov.
bölük-bölük zərf Dəstə-dəstə, dəstələr halında. Adamlar bölük-bölük gəldilər.
Bölük-bölük, dəstə-dəstə qızınan; Sonam göldə üzən yerdir bu yerlər. Aşıq Kərəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed