1
BƏY sözünün izahı / BƏY sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

BƏY

is. 1. Tarixən Qafqazın müsəlman əhalisi arasında zadəgan təbəqəsinə mənsub olan, zəngin, irəli gələn şəxs. Alimdə əməl yox, bəydə ədalət. Q.Zakir. Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Mədənlərdə, fabrik və zavodlarda işləyən fəhlələr, bəyin zülmündən və aclıqdan qaçıb, iş axtarmağa gəlmiş kəndlilər, kasıblar “Çəmbərəkənddə” yaşayırdılar. S.Rəhman.
// Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Bəy dediyin nədir, bəyənmədiyin nə?! (Məsəl).
tar. Başçı, rəis, hakim. Əşirət bəyi.
Bəylə bostan əkənin tağı çiynində bitər. (Ata. sözü).
məc. Hökmran, hakim, ağa mənasında. Dərə xəlvət, tülkü bəy. (Ata. sözü).
Ümumiyyətlə, oxumuş adamlara ehtiram əlaməti olaraq verilən ləqəb. Bacı,
qabağa gəlin, sözünüzü müəllim Həbib bəyə deyin. S.Rəhman.
etnoqr. Toyu edilən, evlənən oğlan. Toyun üçüncü gecəsinin sabahı bəyi hamama aparardılar. H.Sarabski.
□□ Ac bəy, quru bəy köhn. - iflas etmiş, var-yoxu əlindən çıxmış bəy, mülkədar;
// yoxsul, lakin lovğa adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BAK

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif