İzahlı lüğət

BECƏRMƏK

f. Xidmət edərək, bəsləyərək yetişdirmək. Bağ becərmək. - [Heydər bəy:] Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. M.F.Axundzadə. Salman kişi Daşlıca ağzında bostan becərərdi. Mir Cəlal.
// Tərbiyələndirib böyütmək, yetişdirmək. [Pası:] Gül kimi uşaq becərmişəm, özünə dadandırıb qardaşın Gülo kimi külə döndərəsən? S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......