İzahlı lüğət

BAŞLIQ1

is. 1. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtü. ..Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. S.S.Axundov. Əynində boz şinel, başında başlıq; Nəysə pıçıldayır o, fəhlələrə. S.Vurğun. Başlıq örtmüş, uzunboğaz çəkmə geymiş Səriyyə içəri girəndə, Salam dik ayağa qalxdı. Mir Cəlal.
Keçmişdə: qadınların qızıl və gümüşdən qayrılıb, baş örtüsü altından qoyduqları qızıl və gümüş bəzək; cütqabağı, gəlintacı.
xüs. Sərlövhə, məqalənin adı; əsərin, ya qəzetin başda yazılan qısa adı. Məqalənin başlığı.
// Qəzetdə bir neçə məqalə üçün verilən ümumi sərlövhə. Bütün respublika qəzetləri onun [Şamamanın] bu yeni vədini böyük başlıqlarla görkəmli yerlərdə çap edirdi. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed