İzahlı lüğət

BALTA

is. Odun doğramaq, ağac kəsmək və s. üçün işlədilən saplı, enli və itiağızlı dəmir alət. Balta ilə odun doğramaq. Odun baltası. Balta ilə kəsmək. - Balta ağac kəsməzdi, sapı ağac olmasaydı. (Ata. sözü).
// tex. Neft quyularının qazılmasında işlədilən qazıcı alət. Vışkanın təpəsindən bucurqada sarınan kanatı (burazı) keçirmək üçün bir blok asılır və bunun vasitəsilə açıq və ya dəmir ştanqlara bağlanmış balta quyuya endirilib qaldırılırdı. Quliyev. Baltaları işləyir yerin dərin qatına. M.Seyidzadə.
□□ Balta görməmiş - əl dəyməmiş, əl vurulmamış, təbii halında qalmış. Balta görməmiş meşə. Balta ilə yonulmamış
kobud, qaba, tərbiyəsiz, qanmaz adam haqqında. Balta vurmaq məc. - bax baltalamaq 3-cü mənada. [İbrahim bəy:] Sən də, əlbəttə, gərək onu pisləyəsən, çünki balta vuranların birisi sizin cənabınız oldu. N.Vəzirov. Baltanı daşa vurmaq - işi baş tutmamaq, müvəffəqiyyətsizliyə uğramaq, işi nəhs gətirmək. Baltanı dibindən vurmaq
bir şeyə qarşı etiraz etmə, danışmağa, fikir söyləməyə yer qoymamaq, susdurmaq, qəti hərəkət etmək. [İttifaq üzvü:] A yoldaş təhkimçi, siz lap baltanı dibindən vurursunuz. Mir Cəlal. Baltası kəsməmək məc.
sözü keçməmək, nüfuzdan, etibardan düşmək. Buz baltası b ax buz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed